Elşad Rzayev

Yatırım məsləhətçisi
İngiltərənin pərakəndə satış dövriyyəsi ilə bağlı xəbərlər fonunda GBP/USD cütlüyünün məzənnəsində aktivlik artır
19 Oktyabr 2016

İngiltərənin pərakəndə satış dövriyyəsində artım gözlənilir

Oktyabrın 20-i Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin pərakəndə satış dövriyyəsində dəyişiklik göstəricisi dərc olunacaq.


Avqust ayında İngiltərənin pərakəndə satış həcmində 0.4%-lik azalma gözlənilirdi, lakin göstərici (-0.2%) dərc olundu və bunun fonunda  GBP/USD cütlüyündə 120 pointlik artım oldu.


Sentyabr ayında isə pərakəndə satış dövriyyəsinin 0.4% artması gözlənilir. Beləliklə, göstərici 0.4% və ya daha çox açıqlanarsa, 2 həftə ərzində ucuzlaşan GBP/USD cütlüyü üzrə qiymətin 1.2360$ həddinədək bahalaşması proqnozlaşdırılır. Göstərici avqust ayında olduğu kimi azalma ilə yayımlanarsa, GBP/USD cütlüyünün ucuzlaşması 1.21$-a kimi güclənə bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%