Aqşin Abdullazadə

Yatırım məsləhətçisi
Türrk lirəsinin yüksək faiz gəliri investorlar üçün cəlbedici təklif kimi qiymətləndirilir
01 Fevral 2019

Lirə 6 aydan sonra yenidən 5.00TL-nin altına düşə bilər

Ötən həftə proqnozlaşdırdığım kimi USD/TRY cütlüyünün qiyməti 5.15 hədəfini test etdi. Dünya maliyyə bazarlarında cütlük üzrə qiymətin artım edərək 5.21 səviyyəsində olmasına baxmayaraq, əksər investorlar tərəfindən bu, qısa müddətli korreksiya kimi dəyərləndirilir. 


Bir çox maliyyə qurumları bu həftə FED-n sabit faiz qərarı açıqlaması və rəsmilərinin çıxışlarına əsasən, il ərzində dolların uçot dərəcəsinin azaldılması ehtimalını yüksək dəyərləndirirlər. 


Türkiyə Mərkəzi Bankının son aylarda apardığı monetar siyasət uğurla davam edir. Hal-hazırda türk lirəsinin yüksək faiz gəliri də investorlar üçün cəlbedici təklif kimi qiymətləndirilir. Bütün bunların fonunda USD/TRY cütlüyü üzrə qiymətinin növbəti hədəfi 4.97 - 5.03 dəhlizi ola bilər. 


Alternativ olaraq isə qiymətin 5.25 səviyyəsinin üzərində inamla qalmağı bacaracağı halda, növbəti qısa müddətli hədəfi 5.38 ola bilər.
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%