İlkin Alıyev

Analitik
İqtisadiyyatlara dair göstəricilərin müsbət dərci fonunda ehtimallar, neft qiymətlərinin bahalaşmasına səbəb olub
19 May 2020

Neft ucuzlaşa bilər, lakin 25$-a kimi

Amerikanın Qərbi Texas (ing.: “WTI”) və Avropanın Brent neft fyuçerslərinin qiymətləri aprel ayının 22-də gecə saatlarında müvafiq olaraq -38$ və 16$-a kimi dəyər itirməsindən sonra bahalaşmağa başlayıb. Hazırda Brent neftinin bir barelin qiyməti dünya enerji birjalarında 35$-a ticarət edilir. 


Bu gün isə ticarət edilən fyuçerslərin vaxtının birtməsinə günlər azaldıqca, investorları düşündürən iyun fyuçerslərin qiymətlərində eyni tendensiyanın yaşanması ehtimallarıdır. Bu ehtimallar kifayət qədər ciddi səslənsə də qiymətlərdə ucuzlaşma 40-60%-a kimi ola bilər. Bu, Brent neftinin cari fundamental şəraitdə 25$-a kimi ucuzlaşacağının proqnozlaşdırılması deməkdir. 


Lakin sözügedən mənfi tendensiya üzrə ehtimallar qlobal iqtisadiyyata dair gələcək günlər ərzində dərc edilən fundamental göstəricilərdən asılıdır. Bu həftə isə inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına dair göstəricilərin müsbət dərci proqnozlaşdırılır. Bu da yenidən dəyər qazanan Brent neftinin əlavə olaraq, 40 və 46$-a kimi bahalaşmasını proqnozlaşdırmağa əsaslar yaradır. 

Image title

Qeyd etmək lazımdır ki, aprel ayının ortalarında baş verən hadisənin əsas səbəbi, cari ilin əvvəlindən etibarən qlobal iqtisadiyyatda risklərin artması fonunda ucuz neft fyuçerslərinə olan tələbin artmasıdır. Lakin neft anbarlarının dolması səbəbilə fyuçers öhdəliklərindən azad olmaq istəyən treyderlər, kağızları mənfi qiymətə belə satmağa başladılar. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%