İlkin Alıyev

Analitik
FED-in mülayim faiz siyasəti investorları digər aparıcı valyutalar fonunda daha da cəsarətləndirir
26 Mart 2018

Növbəti tufandan xəbər: Dollar daha da ucuzlaşa bilər

Dünya valyuta birjalarında 2018-ci ilin əvvəlindən etibarən aparıcı valyutaların dollara nisbətən qiymətlərində durğunluq, son günlər FED-in faiz qərarı açıqlamasından sonra güclü aktivliklə əvəz edilib. 


Image title


Amerika Mərkəzi Bankının (FED) yeni sədri ilə cari il ərzində həyata keçirəcəyi siyasət fonunda gözləntilərdə qeyri-müəyyənlik və digər aparıcı dövlətlərin iqtisadiyyatlarında müşahidə edilən zəifləmə, yanvar - mart ayları ərzində aparıcı valyutaların qiymətlərində korreksiyalara səbəb olmuşdur. Lakin mart ayının 21-də Jerom Povelin faiz qərarını şərh etdikdən sonra dünya birjalarında kiçik dalğalanmalar ilə nəticələndi. Belə ki, FED-in ABŞ iqtisadiyyatında vəziyyətin və gələcək gözləntilərin getdikcə artmasına baxmayaraq, orta sürətli faiz artımı siyasətində israrlı olması, investorların aparıcı valyutaların dollara nisbətən qiymətləri fonunda cəsarətini daha da gücləndirib. 


Image title


Image title


Qeyd etmək lazımdır ki, sonuncu dəfə ABŞ hökümətinin yüksək ranqlı şəxslərinin dolların ucuzlaşmasının şərhləri və ABŞ-da artan inflyasiyaya baxmayaraq, uçot faiz dərəcələrinin artırılması istiqamətində mülayim siyasət həyata keçirmələri, ucuz dolların ABŞ-ı narahat etmədiyinin göstəricisidir. Maliyyə naziri Mnugin yanvarda dolların ucuzlaşmasından sonra Davosda "ucuz dollar ABŞ iqtisadiyyatı üçün riskli deyil" kimi şərh vermişdir. 


Image title


FED-in faiz qərarından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti son günlər 1%-dən çox ucuzlaşıb və əlavə olaraq 1.3% də ucuzlaşa biləcəyi proqnozları uzaqda görünmür. Nəzərə almaq lazımdır ki,  dollara təsir edən əsas amil aparıcı valyutaların dollara nisbətən qiymətlərinin bahalaşmasıdır. Bu səbəbdən burada müşahidə edilən dalğalanmalar, gələcək günlər ərzində açıqlanacaq önəmli fundamental məlumatlardan və avro, funt sterlinq kimi valyutaların dollara nisbətən məzənnələrində önəmli müqavimət səviyyələrinin qırılmasından asılı olacaqdır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%