İlkin Alıyev

Analitik
Qətərin qərarı təşkilatın dünya üzrə neft istehsalı həcminə görə mövqeyini zəiflətsə də neft qiymətlərinə güclü təsir edəcəyi ehtimal edilmir
04 Dekabr 2018

Qətərin "OPEC"-i tərk etməsinin təsirləri

Son günlər əmtəə birjalarında əsas diqqət mərkəzinə düşən Qətər hökümətinin “OPEC”-dən ayrılması qərarı müzakirə edilməyə başlanılıb. Bazar iştirakçılarını düşündürən əsas sual isə bu qərarın neft qiymətlərinə təsiri ilə əlaqəlidir.


İlk öncə onu xatırlatmaq lazımdır ki, Qətər dövlətinin gündəlik neft istehsalı həcmi təqribən 1.9 milyon barel ilə “OPEC” daxilində 5%-ə çatır və 14-cü yerdə qərarlaşır. Qətərin qərarı isə təşkilatın dünya üzrə neft istehsalı həcminə görə mövqeyini zəiflətsə də neft qiymətlərinə güclü təsir edəcəyi ehtimal edilmir.


Bunun əsas səbəblərindən biri Səudiyyə Ərəbistanı ilə Rusiya arasında razılaşma mövcud olduqca, neft qiymətlərinə nəzarət “OPEC Plus” ilə təmin edilir. Bununla yanaşı, Qətər höküməti “OPEC Plus” razılaşmasında da qalacağını vurğulayıb. Neft qiymətlərinə daha çox bazardakı tələb ilə təklif arasındakı fərq təsir edir.


Qətərin bu qərarı verməsində daha çox iqtisadi maraqlar dayanır. Belə ki, hökümətin verdiyi açıqlamalara əsasən, gələcəkdə daha çox qaz bazarı diqqət mərkəzində saxlanılacaqdır. Qaz bazarında isə ölkə Kanada ilə birlikdə ABŞ, Rusiya və İrandan sonra ən böyük istehsalçı hesab edilir. Qətər Rusiya və İrandan sonra qaz ehtiyatlarına görə də öncül ölkələr sırasındadır.


Hal-hazırda beynəlxalq birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti oktyabr ayından noyabr ayına kimi 58$-a kimi ucuzlaşdıqdan sonra dekabrda yenidən 62$-a kimi dəyər qazanıb. ABŞ-ın son zamanlar istehsalı artırmaqla, bazarda təklifin artmasına və beləliklə, neft qiymətlərinin də ucuzlaşmasına səbəb olmuşdur.


Image title


Təhlillərimizə əsasən, Brent nefti 62$-ın üzərində qaldıqca, 64 və 69$-a kimi də bahalaşa bilər. Dünya bazarlarında dayanıqlı inkişaf üçün yaradılan “OPEC Plus” razılaşmasında iştirak edən neft ixracı ölkələri də son zamanlar yenidən istehsal həcminin azaldılmasını müzakirə edirlər. Bununla bağlı dekabr ayının 6-da Vyana şəhərində keçiriləcək 175-ci rəsmi toplantı fonunda bəyanatlar da diqqət mərkəzində saxlanılmalıdır.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%