Mircəlal Sultanov

Yatırım məsləhətçisi
Bu il hindlilərin yağışlı mövsüm səbəbilə çox qızıl alacağını düşünmək, qızılda 1555$-a kimi bahalaşmaya səbəb ola bilər
07 Oktyabr 2019

Qiymətli metala olan tələb arta bilər

Son zamanlar qiymətli metal olan qızıl investorların diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, düyanın qızıla olan qlobal tələbatının demək olar ki, 50%-i Hindistan və Çinin payına düşür. Tələbatın artmasında mövsüm faktorunun da öz rolu var. Hindistanda əhəmiyyətli festivallar keçirilir, bu müddətdə hindular özləri və yaxınları üçün bir hədiyyə olaraq qızıl alırlar. Ən vacib tətil bu il oktyabrın 30-da keçiriləcək Divalidir. Sonra noyabr ayında digər vacib bayram tədbirləri keçiriləcəkdir. Bayram tədbirləri ərəfəsində qızıl satıcıları artıq səhmlərini yığmağa başlayırlar. 


Bu səbəblə dünya qızıl bazarında sarı qiymətli metala tələbat artmağa başlayır ki, bu da onun dəyərini dəstəkləyən amildir. Analitiklər bu il hindlilərin yağışlı mövsüm səbəbilə çox miqdarda qızıl alacağını düşünürlər. Fakt budur ki, Hindistanın qiymətli metallara olan tələbatının 60%-i, gəlirləri əsasən məhsul satışından  asılı olan kənd sakinlərindən gəlir. Son zamanlar Şanxay Qızıl Birjasında da qızıla vəsait axını müşahidə olunur. Fakt budur ki, investorlar qızılın dinamikasını izləyirlər və fürsətləri qaçırmamaq üçün qızıl yatırımlarını artırmağa tələsirlər.



Dünya birjasında hal-hazırda qızılın bir unsiya üzrə qiyməti 1500 dollara təklif edilir. Qiymətlər 1511.72 dollar həddini keçərsə, növbəti hədəflərin 1535 və 1555 dollar ola bilcəyi proqnozlaşdırılır.  


Əks halda qiymət 1495 dollar həddini aşağı istiqamətdə qırsa, o zaman növbəti görə biləcəyi hədəflər 1485 və 1474 dollardır.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%