Aqşin Abdullazadə

Yatırım məsləhətçisi
ABŞ və Çin prezidentlərinin iqtisadi razılaşmanın ilkin mərhələsini imzalayacaqları ehtimalları yenidən azalıb, Avrozonadan göstəricilər müsbət açıqlanıb
07 Noyabr 2019

Qlobal bazarlarda gündəm!

Həftənin əvvəlindən ABŞ və Çin prezidentlərinin qarşılıqlı iqtisadi razılaşmanın ilkin mərhələsini imzalaması məqsədi ilə baş tuta biləcək görüş ehtimalları qlobal bazarlarda investorları bir qədər ehtiyatlı davranmağa sövq edir. Bu gün səhər saatlarında "Bloomberg"-in yaydığı məlumatlara görə, gözlənilən görüş ən yaxşı halda dekabr ayında olacaq və ABŞ-dan kənarda keçiriləcək.


Dünən Avropa sessiyasında Almaniyadan aylıq fabrik sifarişlərində 1,3% artım olduğu qeydə alındı. Ardınca İspaniya, İtaliya, Fransa, Almaniyada və ümumilikdə Avrozonada ötən oktyabr ayı üçün xidmət sektorunda biznes aktivlik indeksi dərc edildi. Ölkələr üzrə aktivlik indeksi 50 punktun üzərində Avrozonada isə gözləntilərdən daha çox 52,2 punkt olduğu açıqlandı. Avrozonada aylıq pərakəndə satış həcmində isə gözləntilərdən daha az 0,1 faiz olaraq açıqlandı. Ümumilikdə isə dünən avro dollar qarşısında 1.1090-1.1060 koridorunda dalğalandı.


Bu gün isə Almaniyadan aylıq sənaye istehsalında dəyişiklik xəbəri dərc olunacaq. Rəqəmlərə nəzər yetirsək ötən ay sənaye istehsalında 0,3% artım qeydə alınmışdısa bu ay 0,4% azalma proznozlaşdırılır. Azalma fonunda avro dollar qarşısında dəyər itirməyə davam edə bilər.


Eyni zamanda bu gün Bakı vaxtı ilə saat 16:00-da İngiltərə Mərkəzi Bankı funt sterlinqin faiz dərəcəsinə yenidən baxış edəcək. Faiz dərəcəsinin stabil saxlanma ehtimalları yüksəkdir. Qərarın ardınca investorların diqqəti inflyasiya hesabatı və Mərkəzi Bank rəhbərinin çıxışına yönələcək. Ordan bazara daxil olan xəbərlər funt sterlinqin qiymətinin dalğalanmasına səbəb ola bilər. Hazırda 1 funt sterlinq 1,285 dollar olaraq mübadilə edilir.


Bu gün səhər saatlarında Türkiyə prezidenti R.T.E və ABŞ prezidenti D.T arasında ikili telefon danışığı olduğu və 13 noyabrda Vaşinqtonda rəsmi görüş ehtimalları xəbəri bazara daxil oldu. Ardınca türk lirəsi dollar qarşısında son 2 saat ərzində təqribən 2 kuruş bahalaşdı. Gün ərzində qeyd etdiyimiz xəbər fonunda türk lirəsinin bir qədər də bahalaşa biləcəyi istisna edilmir. Hazırda 1 dollar 5,7430 türk lirəsi olaraq ticarət edilir. Görüş baş tutmazsa və ya mənfi nəticələr əldə edilərsə türk lirəsi spekulyativ hücumlara qarşı açıq hala gələ bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%