Aqşin Abdullazadə

Yatırım məsləhətçisi
ABŞ-dan emal və biznes sektorunda aktivlik indeksi ilə bağlı rəqəmlərin proqnozların üzərində dərc edilməsi dollar indeksinin bir qədər bahalaşdırıb
25 Noyabr 2019

Qlobal bazarlarda son gündəm - 25.11.2019

Cümə günü ABŞ-dan emal və biznes sektorunda aktivlik indeksi ilə bağlı rəqəmlərin proqnozların üzərində dərc edilməsi dollar indeksinin bir qədər bahalaşaraq həftəni 98 bənd səviyyəsinin üzərində tamamlaması ilə nəticələndi. Əlavə olaraq həftəiçi dəyər itirən ABŞ fon indeksləri də bahalaşdı.


Digər tərəfdən həftəsonu Çin prezidenti Si Cinpin, ticarət savaşının onlar tərəfindən başladılmadığını, gərəkli olduğu təqdirdə qarşılıq verə biləcəklərini lakin bu iqtisadi savaşın olmaması üçün çalışdıqlarını bildirib.


Çin liderinə cavab olaraq Honq Konqa ordu göndərməməsi mövzusunda həmkarını xəbərdar etdiyini qeyd edən prezident Tramp ayrıca Çin ilə əldə oluna biləcək razılaşma şərtlərinin bərabər olmayacağını ifadə edib.


Avropa Mərkəzi Bankının yeni rəhbəri Kristen Laqard cümə günü etdiyi ilk rəsmi çıxışda, Avrozona üzrə ümumi iqtisadi durumu təhlil edib. Eyni zamanda xanım Laqard monetar siyasətə olan yan təsirlərdən bəhs edib. Avropanın xüsusi ilə rəqəmsal sahədə ABŞ-dan geri qaldığını və bu iqtiqamətdə mümkün investisiyalar və əmək bazarının inkişaf ehtimallarını dəyərləndirib. Cümə günü ümumilikdə həm Mərkəzi Bank sədrinin fikirləri həm də avrozonanın emal və xidmət sektorunda dərc olunan rəqəmlər fonunda dollar qarşısında 1.1080 qiymətinə qədər bahalaşan avro, ABŞ sessiyasında yenidən 1.1015 qiymətinə qədər dəyər itirib. Bu gün Bakı vaxtı ilə saat 13-00da Almaniyadan İFO-nun iş mühiti ilə bağlı açıqlayacağı göstəricilər gözləntilərin üzərində olarsa avro aktivlərinə marağı artıra bilər.


Eyni zamanda İngiltərədə emal və xidmət sektorunda aktivlik indekslərinin 50 punktun altında dərc edilməsi və mövcud siyasi qeyri müəyyənlik fonunda funt sterlinq dollar qarşısında 1,2920-lərdən 1,2820-lərə qədər gerilədi. Cari həftə ərzində eniş dərinləşərsə cütlük üzrə qiymət 1,2750 bəndinə qədər hərəkət ehtimlları özünü göstərə bilər.


Dollar aktivlərinə olan maraq qiymətli metallar bazarında enişlərə səbəb olub. Həmçinin qızıl 10 dollara yaxın ucuzlaşaraq 1462 dollar unsiya səviyyəsində qərarlaşıb. Qlobal iqtisadiyyatda gərginliyin azalma hallarında qızl qiymətləri yeni lokal minumum yarada bilər.


Qlobal enerji bazarlarında isə brend markalı neft həftəsonu 64,20 qiymətinə qədər bahalaşaraq son 2 ayın rekordunu yeniləyib. Bu həftə baş tutacaq Opec+ ölkərinin forumunda hasilatın azaldılması ilə bağlı qəbul edilə biləcək qərarlar neft qiymətlərində yeni bir bahalaşma dalğasına səbəb ola bilər.

 

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%