Tusi Heydərov

Yatırım məsləhətçisi
Qlobal risklərin artması dollara olan tələbi artırır
17 İyul 2019

Qlobal risklər fonunda dollar

Qlobal bazarlarda demək olar ki, ümumi artım prosesi müşahidə edilir. ABŞ fond bazarları tarixi maksimumlardadır, enerji bazarında ehtiyatlılıq sezilsə də artım meylləri var, qızıl üfiqi dalğalansa da tələb yüksəlməkdədir. ABŞ-ın 10 illik istiqraz məzənnələri müqavimət hədlərindədir.Ancaq hələ də geri dönüş siqnalları görülmür. Bazarların riskli tendensiyasının səbəbi nədir?

ABŞ-Çin münasibətləri: 

Çinin ikinci rübdə böyümə rəqəmi 6.2%-lə son 30 ildə ən aşağı səviyyəni gördü. Çində pərakəndə satış, sənaye istehsalı və sabit aktivlər üzrə investisiya məlumatları iyun ayının proqnozlarından çox idi. Bununla yanaşı, analitiklər bu göstəricilərin müvəqqəti olduğunu və ticarət müharibəsinin mənfi təsirlərinin Çin iqtisadiyyatını ilin geri qalan bölümündə zəiflədəcəyini proqnozlaşdırır.

Çin iqtisadiyyatının yavaşlaması ticarət müharibələri müzakirələrində ABŞ-ı güclü tərəf edir. Xüsusən ABŞ-dan gələn bəyanatların bu istiqamətdə olduğunu görürük. 

Faiz Siyasəti:

Qlobal bazarlarda risk iştahını artıran başqa bir amil FED-in faiz dərəcəsini endirməsi ehtimalları, eləcə də AMB və “BOJ” kimi digər mərkəzi bankların da yumşaq pul-kredit siyasətini davam etdirəcəyi yönündəki düşüncələrdir. “Fitch” reytinq agentliyi, FED-in silsilə faiz endiriminə gedəcəyini ehtimal etmədiklərini, Mərkəzi bankın ya iyul ya da sentyabrda bir dəfə 0.25%-lik endirimlə kifayətlənəcəyini proqnozlaşdırdıqlarını açıqladı. İyul ayının ortalarında olsaq da ABŞ iqtisadiyyatına dair statistik rəqəmlərin fazi dərəcələrinin silsiləli endirilməsini dəstəkləmədiyi görünür. 2019 - cu ildə FED sadəcə 0.25% -lik endirimə gedəcəksə, birja iştirakçılarının bu təşvişi yersiz ola bilər.

Bu mənada, qiymətlərdə təzad olduğu diqqət çəkir. Səhm və istiqraz bazarında faiz dərəcələrinin azaldılması gözləntilərinin yaratdığı rezonans eyni dərəcədə dollar indeksinə (DXY) təsir etməmişdir. Bu vəziyyət xüsusilə də Avropada digər iqtisadiyyatların zəifliyinə və yumşaq pul-kredit siyasətinin davamına bağlı ola bilər. Bu vəziyyətdə dollar indeksində (DXY) zəifləmə xüsusilə Avropa iqtisadiyyatında  əhəmiyyətli dərəcədə artımlar olmasa məhdud görünür.

Dünən  açıqlanan iqtisadi göstəricilərə baxdıqda Almaniyanın ZEW iqtisadi gözlənti indeksi - 24.5 bəndlə proqnozlardan az oldu. ABŞ-da pərakəndə satışların həcmi isə 0.4%-lik artımla gözləntiləri üstələdi. 

Riskli məqamlardan digəri isə Çinlə davam edən ticarət savaşında növbənin Avropaya da gələ bilmə ehtimallarıdır. Belə ki, bu gün G7 ölkələrinin maliyyə nazirləri Fransada toplantı keçirəcəklər. Toplantının məqsədi trans milli şirkətlərin yüksək vergiyə cəlb olunmasının müzakirə edilməsidir. 

Fransanın "Google", "Amazon" və ya "Apple" kimi şirkətlərə qarşı bu istiqamətdə atdığı ilk addım diqqət mərkəzində olacaqdır. G7 ölkələrinin maliyyə nazirlərinin toplantısında Fransanın Amerikanın transmilli şirkətlərinə tətbiq etdiyi rəqəmsal vergilərin müzakirəsi gözlənilir. ABŞ tərəfi də sonuncu dəfə gömrük rüsumları ilə cavab verilə biləcəyini açıqlamışdı. Bu məqam Avropa ilə Amerika arasında siyasi və iqtisadi münasibətlərin pozulması ehtimallarını artırır. İki tərəf arasında ticarət sazişinin razılaşdırılması istiqamətində isə Fransa önəmli müqavimət tərəfi kimi çıxış edir.


Avropanın və Amerikanın ticarət münasibətlərində düzəlişlərin aparılmasının  dayandırılmasına Avropanın zəif iqtisadi durumu əsas göstərilə bilər.Amma analitiklərin fikrincə Çindən sonra növbə Avropaya gələcək.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%