Mircəlal Sultanov

Yatırım məsləhətçisi
Böyük maliyyə qurumumlarından qızıl bazarına müdaxilələr var
26 Fevral 2020

Sarı metalda yatırım imkanları

Qızılın qiymətinin kəskin şəkildə aşağı düşməsi yenidən bir sıra vacib məsələləri gündəmə gətirir. Əlbətdə ki, neçə müddətlik artımdan sonra korreksiya gözləniləndir. Amma digər bir tərəfdən də təxmin olunur ki, böyük maliyyə qurumumlarından qızıl bazarına müdaxilələr var.


Əlbətdə ki  "Hər bir yoxuşun bir enişi var". Yəni qızılın bir unsiyasının qiyməti rekord qiymətləri gördükdən sonra korreksiya etməyə bilməzdi . Fevralın 24-ü qızılın  bir unsiya üçün qiyməti 1589 dollar səviyyəsində olduğu halda,25-i tarixində 1 unsiya üçün qiymət 3.9% ucuzlaşaraq 1524 dollara kimi enış edib son 3 günün minimal hədəfin yaratdı.


Fakt budur ki, sarı qiymətli metalın əhəmiyyətli dərəcədə bahalaşması Mərkəzi banklar üçün təhlükədir. Bu səbəbdən də mərkəz banklar valyuta bazarlarına müdaxilə edə və birjalara təsir göstərə bilərlər.Məlumdur ki, mərkəzi banklar faiz dərəcələrini manipulyasiya edir və heç kim onlara zaman-zaman qızıl bazarına təsir göstərməyi qadağan edə bilmir.


Dünyada bir çox analitiklər tərəfindən ehtimal olunur ki dünən qızılın ucuzlaşmasına təsir göstərən qurum Bazeldə (İsveçrə) yerləşən Beynəlxalq Hesablaşmalar Bankıdır (BIS) . O, həmçinin beynəlxalq qızıl bazarının fəal iştirakçısıdır. Düzdür bu məlumatın real olmasına dair, onların müdaxiləsinə dair heç bir sübut və dəlil yoxdur, lakin bəzi analitiklər əmindirlər ki, yalnız böyük bir maliyyə qurumu milyardlarla dollar dəyərində qızılın belə bir satışını həyata keçirə bilər.


Önəmli olan odur ki,qızıl qiymətləri bu vəya digər səbədən 65 dollarlıq bir korreksiya etdi

Amma investorlar nəzərə almalıdır ki,yaxın gələcəkdə qızıl bazarında gərginliyin davam edə bilər. Hər halda, qiymətli metalın  qiyməti cari 2020-ci ilin əvvəlindən bəri 11% bahalaşıb. Güman olunur ki, fundamental göstəricilərdə ciddi bir dəyişiklik olmadığı halda bu artım hələ də davam edə bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%