Tusi Heydərov

Yatırım məsləhətçisi
Qlobal risk ünsürlərindən Breksit, İran Nüvə Anlaşması, Ticarət savaşlarına dair gələ biləcək xəbərlər birjalarda sürətli hərəkətliliklərə səbəb ola bilər
06 Avqust 2019

Ticarət savaşlarında gərginlik artır

Həftəyə iyul ayında Türkiyədə inflyasiya rəqəmləri ilə başladıq. Türkiyədə iyul ayında İstehlak qiymətləri indeksi (TÜFE) aylıq müqaisədə 1.36%, illik müqaisədə isə 16.65% artmışdır. TCMB-nin inflyasiya hesabatının mətnində maliyyə sabitliyini dəstəkləmək üçün xarici ödəmə əmanətləri / iştirak fondlarına tətbiq olunan zəruri ehtiyat əmsallarının bütün ödəmə tranşlarında 100 bənd artırılması qərara alındı. Bu dəyişiklikdən sonra bazardan təxminən 2,1 milyard ABŞ dolları likvidliyinin geri alınacağı proqnozlaşdırılır. Bununla yanaşı eyni vaxtda açıqlanan İstehsal qiymətləri indeksi (ÜFE) iyul ayında aylıq müqaisədə -0.99%, illik müqaisədə isə 21.66% olaraq açıqlanmışdır. ÜFE-TÜFE arasındakı fərq 2018 - ci ilin mart ayından bu yana ilk dəfə 5.01% - ə qədər azaldı. 


Digər tərəfdən xarici işlər naziri Mevlüt Çavuşoğlunun Şərqi Aralıq dənizi məsələsi ilə bağlı açıqlamaları izlənildi. Çavuşoğlu F-35 döyüş təyyarələri ilə bağlı məsələdə ABŞ-dan müsbət bir yanaşma olacağı təqdirdə əməkdaşlığa davam edilə biləcəyi mesajını verdi. 


Beynəlxalq bazarların diqqət mərkəzində tutduğu digər məsələ isə Avropanın yerli probleminə çevrilən Breksit məsələsi idi. Avropa Komissiyasının “Brexit sazişi əldə olunmuş mümkün olan ən yaxşı razılaşmadır, Brexit razılaşmasına münasibətimiz dəyişməyib və danışıqlara açıq deyil” - ifadələri diqqət çəkdi. İngilis cəbhəsində hökümətin açıqlamaları funt üzərində təzyiqləri bir qədər də artırdı. İngiltərə baş naziri təmsilçisinin - “Öncəki hökümət razılaşmasız Brexit üçün ciddi hazırlıqlar görüb ancaq Boris Conson Avropa liderləri ilə bir araya gələrək yüni bir anlaşma üçün müzakirələr aparmaq istəyir. Həmçinin İngiltərənin 31 oktyabrda əldə edilmiş bir  olmasa, gərəkərsə, razılaşmasız Brexit mövzusunda təbliğat kompaniyasına yaxın günlərdə başlaya biləcəkləri yönündəki açıqlamalar birjalarda hərəkətliliyi artırdı.


Avropada isə iyul ayında Xidmət sektoru PMİ rəqəmləri 53.2 bənd ilə gözlənilən kimi açıqlandı. Almaniyada eyni göstərici 54.5 bənd oldu. Avropanın problemli iqtisadiyyatlarından olan İtaliyada Ümumi PMİ göstəricisi 51.0 bənd ilə gözləntiləri bir qədər üstələdi. 


Digər tərəfdən ABŞ prezidenti Donald Trampın məzənnə manipulyasiyasına dair açıqlamaları kritik idi. Çin öz valyutasını demək olar ki, tarixinin ən ucuz səviyyəsinə qədər endirdi. Bu zaman ərzində Çini büyük ölçüdə zəiflədəcəyinə dair ehtimallar səbəbilə etibarlı liman hesab edilən qızıl yaranmış bu vəziyyətdən dəstək aldı. 


Qlobal risk ünsürlərindən Brexit, İran Nüvə Anlaşması, Ticarət savaşlarına dair gələ biləcək xəbərlər birjalarda sürətli hərəkətliliklərə səbəb ola bilər.

 

EURUSD

ABŞ prezidenti Donald Trampın Çinə yönəlik əlavə vergi tarifləri tətbiq edəcəklərini bildirməsi ilə ticarət savaşı yenidən gərginləşdi. Həftə sonunda  Çin hökümətinin dövlət şirkətlərinə ABŞ-dan idxal olunan kənd təsərrüfatı məhsullarının alışını dayandırması barədə bildiriş göndərməsi xəbəri bu gərginliyi daha da artırdı. ABŞ istiqrazlarına tələb faiz dərəcələrini aşağı saldı və dollar aktivlərini sıxışdırdı. Avropa cəbhəsində isə Brexit problemi davam edir. Tekniki analizə əsaslansaq 1.1100 dəstək həddi üzərində bir dalğalanma görünür. EURUSD cütlüyü bu səviyyənin üzərində möhkəmlənəcəyi təqdirdə artımlar davam edə və  1.1180, 1.1210, 1.1240, 1.1280 müqavimət hədləri test edilə bilər. 1.1100 altında isə 1.1085, 1.1060, 1.1040 və 1.1000 dəstək hədləri kimi çıxış edir.

 

GBPUSD

Britaniya baş naziri Boris Consonun baş məsləhətçisi Dominic Kamminqs parlamentin gələn ay baş tutacaq etibar səsverməsində Boris Johnson höküməti zəiflədərək 31 oktyabrda reallaşacaq olan anlaşmasız Brexiti əngəlləyə bilməyəcəklərini dedi. Fəhlə Partiyasından Con Eyşvort isə parlamentin Britaniyanın razılaşma əldə edilmədən Avropa Birliyindən ayrılmasının qarşısını almaq üçün sentyabrda bir şansı olacağını açıqladı. İqtisadi göstəricilərə baxdıqda isə İngiltərədə iyul ayında Xidmət PMI indeksi 51.4 bənd ilə gözlənilən kimi açıqlandığı görünür. ABŞ cəbhəsində Çin ilə yaşanan ticarət gərginliyi davam edir. Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını dayandırmasına dair gələn xəbərlər də vəziyyəti daha da gərginləşdirdi. Trampın əlavə vergilərin tətbiqi ilə bağlı qərarından sonra Çinin belə bir addım atması ABŞ - ın əlavə nə kimi tətbirlər görəcəyi diqqətdə saxlanılır. Qrafikə baxdığımızda GBPUSD-nin 1.21 hədlərinin üzərində möhkəmlənməyə çalışdığı görünür. Bu həddin üstündə qala bilsə, 1.2165, 1.2195, 1.2240, 1.2270 hədlərinə qədər bahalaşa bilər. 1.21 həddinin altında qalacağı təqdirdə isə , 1.2085, 1.2050, 1.2000, 1.1985 dəstək hədləri test edilə bilər.

 

USDTRY

Ticarət müharibələrindəki inkişaflar səbəbiylə həftəyə artımlarla başlayan cütlük  Türkiyədə inflyasiya rəqəmləri açıqlandıqdan sonra geri çəkildi. İlk olaraq Türkiyədən başlasaq, İstehlak qiymətləri indeksi (TEFE) aylıq müqaisədə 1.36%-ə, illik müqaisədə isə 16.65%-ə yüksəldi. İstehsal qiymətləri indeksi (ÜFE) isə 25.04%-dən 21.66%-ə qədər azaldı. TÜFE-ÜFE fərqi isə 5.01%-lə 2018-ci ilin mart ayından bu yana minimum səviyyəni gördü. Bundan başqa Beynəlxalq Kredit Dərəcələndirmə Qurumu “Standart And Poor’s”un Türkiyənin reytinqini sabit saxlaması və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun geopolitik risklərə dair pozotov açıqlamaları lirəni bir qədər də bahalaşdırdı. Bu cütlüyə texniki olaraq baxdıqda 5.61 müqavimət həddinin öz aktuallığını qoruduğunu görə bilərik. Enişlər davam edəcəyi təqdirdə 5.5030, 5.4800, 5.4250 və 5.4000 dəstək hədləri gündəmə gələ bilər. Enişlərin daha da dərinləşməsi üçünsə, 5.40 həddinin qırılması lazımdır. 5.61 müqavimət həddi qırılacağı təqdirdə isə ilk müqavimət həddi kimi 5.65 çıxış edir. Bu həddə kəsilərsə, 5.6840, 5.7135, 5.7340 və 5.7650 müqavimət hədləri test edilə bilər.

 

OILUK

Ticarət savaşlarının nəticələri neft qiymətlərinə də təsir edir.  ABŞ-ın və Çinin yanaşmasından asılı olaraq əlavə vergi tətbiqinin ertənəcəyi və ya ləğv ediləcəyinə dair ümidlər olsa da Birjalarda gərginlik davam edir. Digər tərəfdən ABŞ Prezidenti Donald Trampın Çin Yuanının tarixinin ən aşağı hədlərinə geriləməsini kəskin tənqid etdi.Trumpın Çin bununla valyuta məzənnələrində manipulyasiyaya getdiyini və bunun nəticəsi olaraq Çin iqtisadiyyatının ciddi zərərə uğrayacağını vurğulaması neft qiymətlərinin enişinə səbəb olur. OİLUK -da qiymətlər 61 dolların qalmağa davam edərsə, 59.75, 59.00, 58.50, 57.85 hədlərini görə bilər. 61 dollar həddini yuxarıya doğru qıra bilsə,  62.75, 63.50, 64.25 və 65.00 müqavimət hədlərini test edə bilər. 

 

XAUUSD

ABŞ Prezidenti Donald Trampın 300 milyard dollar dəyərində Çin malına əlavə gömrük rüsumun tətbiqinə dair qərarı və Çinin ABŞ-dan kənd təsərrüfatı mallarının idxalına dair qadağa qoyması ticarət savaşında vəziyyəti daha da gərginləşdirdi. Bu səbələ də belnəlxalq maliyyə bazarlarında etibarlı yatırım aləti kimi qızıla olan tələbi daha da artırdı. ABŞ dolları-Çin Yuanı cütlüyü 2008-dən bu yana ilk dəfə 7,0 səviyəsinin üzərinə yüksələrkən, ABŞ birjalarında sərt satışlar müşahidə edildi. Buna cavab olaraq Çin Mərkəzi Bankı yuanın dəyərini əsasən balanslı səviyyədə sabit saxlayacağına inandığını və bunu edə biləcək imkanlarının olduğunu açıqladı. Bank, amortizasiyanın, əsasən, ticarət proteksionizmi və Çin mallarına tətbiq olunan tariflərlə əlaqəli olduğunu vurğuladı. XAUUSD 1465 dollar həddinə qədər bahalaşaraq 2013-dən bu yana ən yüksək hədləri test etdi. 1465 hədlərinin üzərində möhkəmlənəcəyi təqdirdə isə 1468-1474-1480 hədlərini test edə bilər. Enişlər bərpa ediləcəyi təqdirdə isə 1460-1455-1447-1440 qiymətləri dəstək hədləri kimi çıxış edir.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%