Tusi Heydərov

Yatırım məsləhətçisi
Türkiyə üzrə reytinqin yaxşılaşması, inkişaf etməkdə olan ölkələrin aktivlərinə tələbin artması lirəni bahalaşdırsa da yenidən ucuzlaşa bilər
05 Noyabr 2019

USDTRY cütlüyü 5.75 hədlərində

Beynəlxalq kredit dərəcələndirmə quruluşu “Fitch”in Türkiyəyə dair hesabatında Türkiyənin iqtisadi görüntüsünü “neqativ”dən “sabit”ə yüksəltməsi ilə TL həftəyə yüksəlişlə başladı. ABŞ və Çin arasındakı danışıqlar prosesində ABŞ-ın sentyabrın 1-də qəbul etdiyi 15% əlavə sanksiyalar paketinin ləğv edilə biləcəyi xəbəri dünya bazarlarına pozitiv təsir etdi və inkişaf etməkdə olan ölkələrin aktivlərinə tələb artdı.


Dünən açıqlanan "CPI" məlumatları illik 8.55%-lik göstərici ilə 2016-cı ilin dekabrından bu günə qədər ən aşağı səviyyəyə düşdü. İnflyasiyanın azalması ilə TCMB-nin dekabr ayına nəzərdə tutulmuş iclasında faiz dərəcələrini yenidən azaldacağı ehtimallarını artırdı.


Bu gün partiya iclasında çıxış edən prezident Ərdoğan keçmiş TCMB sədri Çətinqayanın faiz dərəcələrini azaltmaq istəmədiyini və buna görə vəzifəsindən azad edildiyini bildirdi. Faiz dərəcələrinin də inflyasiya kimi tək rəqəmə endiriləcəyini qeyd etdi. Bundan sonra TL xarici valyutalara qarşı məhdud bir eniş yaşadı.  USDTRY 5.7520, EURTRY 6.40 səviyyələrinə qədər bahalaşdı.


Analitiklərin ehtimallarına görə əvvəlki ildəki kəskin yüksəlişlə müqayisədə baza effekti səbəbindən azalmanın ilin son iki ayında və yeni ilin ilk aylarında yenidən yüksəlişlə əvəzlənəcəyi gözlənilir. Aşağı faiz dərəcəsi isə TL-nin kövrəkliyini artıra bilər. Belə olarsa, istər Türkiyə daxilində, istərsə də qlobal çərçivədə baş verəcək hər hansı bir neqativ proses səbəbilə təəssüf ki, TCMB-nin daha öncəki illərdə olduğu kimi, sərt bir faiz artımına getməsinə səbəb ola bilər.


İqtisadiyyatda faiz dərəcələrinin bu qədər tez və yüksək dərəcələrdə dəyişməsi son dərəcə riskli hesab edilir.


Dünən inflyasiya göstəricilərindən sonra 5.69 hədlərinə qədər ucuzlaşan USDTRY cütlüyü günü 5.70-də bağladı.


Texniki olaraq 5.70 hədlərinin üzərində möhkəmlənəcəyi təqdirdə dolların lirə qarşısında 5.78 hədlərinə qədər bahalaşması ehtimal edilir. Ancaq qeyd etmək lazımdır ki, 5.64-5.87 aralığındakı dalğalanmasını tarazlıq zonası olaraq xarakterizə edilir.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%