Aqşin Abdullazadə

Yatırım məsləhətçisi
Bazarlarda ötən həftəyə nəzərən bu həftə makroiqtisadi gözləntilərin az olması üfüqi dalğalanmaya səbəb olur
19 Noyabr 2019

Yeni ticarət həftəsi necə başladı?!

Ümumilikdə dünən dünya maliyyə bazarlarında həftənin ilk ticarət gününə xas olan üfüqi dalğalanma müşahidə edildi. Buna səbəb bazarlarda ötən həftəyə nəzərən bu həftə makroiqtisadi gözləntilərin az olmasıdır.

Digər tərəfdən dünən Dünya Ticarət Təşkilatı bu il üçün iqtisadi böyümə templərinin azalması ilə bağlı ehtimallarını paylaşıb. Hesabatda bu ilin ikinci rübündə qlobal iqtisadiyyatda 0,2% böyümə qeydə alınsa da ötən il eyni rübündə göstəricinin 3.5% olduğu bildirildi. Bununla yanaşı 2018-ci ildə 3% böyümüş olan qlobal iqtisadiyyat , cari il üçün 1.2% 2020 ci il üçün isə 2.7% olacağı ehtimalları açıqlandı.

Dünən Ağ evdə ABŞ prezidenti Donald Tramp, FED rəhbəri Jerom Pavel və ABŞ xəzinə naziri Steven Mnuçin arasında baş tutmuş 3lü görüş investorların diqqət mərkəzindəoldu. FED-in açıqlamasına görə iclas zamanı iqtisadi böyümə və məşğulluq məsələləri müzakirə edildi. Bəyanatda Powell-in açıqlamalarının keçən həftə qurultayda etdiyi çıxışlara uyğun olduğu, lakin pul siyasətindəki gözləntilər barədə danışılmadığı vurğulanıb. Powell, pul siyasətinin rəqəmlərə əsaslanan bir yolda davam edəcəyini bildirdi. ABŞ prezidenti Donald Trump öz şəxsi twitter hesabındakı paylaşımında, "Powell Ağ Evlə çox yaxşı və səmimi bir söhbət etdi. Faiz dərəcələri, mənfi faiz dərəcələri, aşağı inflyasiya ilə əlaqədar hər detalı müzakirə etdik. Ayrıca dolların gücü, emal sənayesinə müsbət təsiri, Çin və A.B ölkəri ilə mümkün qarşılıqlı ticarət ehtimallarını müzakirə etdik” deyə qeyd edib. Ümumilikdə isə dollar indeksi ardıcıl 4cü gündür ki aparıcı valyutalar qarşısında dəyər itirir.

Əlbətdə ki, dolların bu şəkildə ucuzlaşması funt/dollar məzənəssində son 4 gün üçün 1.2% bahalaşma qeydə alınması ilə nəticələndi. Dünən də İngiltərə baş naziri Boris Consonun partiyasının seçkilərdə müxalifətin fərqlə önündə olacağı ilə bağlı anket sorğuları investorlarda funr sterlinq aktivlərinə marağı artırdı.  Hazırda 1 funt sterlinq 1,2950 dollar olaraq mübadilə edilir. Texniki olaraq məzənnə inamla 1,3 səviyyəsini yuxarı yöndə inamla kəsib keçəcəyi halda 1,31 qiymətini görə bilər.

Həm ABŞ Çin münasibətlərində irəliləmə olmadığı üçün həm də funt sterlinqin dollara olan təzyiqi avronun da son günlərdə dollar qarşısında müsbət zonada ticarətinə təkan verir. Hazırda 1 avro 1,107 dollara yaxın qiymətdə ticarət edilsə də həftə ərzində avronun yenidən 1,11 qiymətinə bahalaşmasına yol aça bilər.

Bu gün isə Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan tikinti üzrə icazələrin sayı ilə bağlı rəqəmlər dərc olunacaq. Pozitiv dərc olunacaq rəqəmlər fonunda dollar aparıcı valyutalar qarşısında nisbətən güclənə bilər.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%