Aparıcı valyutalar arasında dollar güclü qalmaqda

22 May 2019

Beynəlxalq valyuta birjalarında AB-də parlament seçkisi, Breksit və digər risklər fonunda dollara tələb və bahalaşma proqnozları yüksək olaraq qalmaqda.

Aparıcı valyutalar arasında dollar güclü qalmaqda

Avro və Funt təzyiq altında qalmaqda. 

Cümə axşamı Avropa parlamentində keçiləcək seçki öncəsi EUR/USD məzənnəsi 1.12$, təqdim edilən yeni Breksit sazişinin tam mətninin açıqlanması öncəsi GBP/USD məzənnəsi 1.28$-ın altında ticarət olunmaqdadır. Beləliklə, siyasi və iqtisadi risklərin mövcud olduğu bir vaxtda dollara tələb yüksək olaraq qalır və 0.3%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


İngiltərədən inflyasiya, ABŞ-dan FED toplantı protokolu açıqlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərədə inflyasiya ilə bağlı önəmli fundamental məlumatların və saat 22:00-da Amerika mərkəzi bankının toplantı protokolunun yayımlanması da investorların diqqət mərkəzində olacaqdır.