APPLE səhmərinin artımında fasilə

07 Fevral 2019

Beynəlxalq səhm bazarlarında Apple şirkətinin qiymətləri hesabatının açıqlanmasından sonra 20$ bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb.

APPLE səhmərinin artımında fasilə
Şirkətin 29 yanvar tarixində hesabatlarının dərcindən sonra səhmlərinin qiymətlərində 20 dollarlıq bahalaşma baş verib. 


Lakin Apple şirkətinin səhmləri $175 həddində müqavimətlə rastlaşdı. Son iki gündə $175 qiyməti üzərinə qalxa bilməyən səhmlərin dəyəri, $170.30 həddinədək ucuzlaşa bilər. 


Analitiklərin fikrincə, trendin artım istiqamətində olduğunu nəzərə alaraq, səhmlərin ucuzlaşması yeni alış fürsətləri kimi dəyərləndirilə bilər.



Sonuncu hesabatda şirkət "Iphone" satışlarının əvvəlki illə müqayisədə 15 faiz azaldığını bildirilsə də ümumi satış və xidmətlərdən əldə edilən gəlirin 19 faiz artdığı qeyd edilib.