Argentina valyuta bazarına nəzarəti artırır

02 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında inkişaf etməkdə olan ölkələrin risk səviyyələrinin artması investorların diqqət mərkəzindədir.

Argentina valyuta bazarına nəzarəti artırır

Argentina höküməti iqtisadi böhran şəraitində valyuta ticarətini məhdudlaşdırılmağa çalışır. Ölkənin mərkəzi bankı valyuta birjasına daxil olmaq və xarici ödənişlər üçün icazə tələb edən yeni qaydalar qəbul edəcəkdir. Bu haqda bazar günü məlumat verilib. Hökümət xüsusi tədbirləri iqtisadiyyatın işləməsi üçün labüd hesab edir. 

Bununla yanaşı, açıqlanan fərman ixrac olunan məhsul və xidmətlərin dəyərinin valyuta şəklində ilin sonuna kimi ölkəyə daxil olmasını tələb edir. Butün bunlarla pesonun dəyərdən düşməsinin və borclu ölkədən kapitalın axmasının qarşısı alınacaqdır. 

Qeyd etmək lazımdır ki, cümə günü "Fitch" və "Moody's" reytinq agentlikləri Argentinanın kredit güvənini bir neçə həftə ərzində ikinci dəfədir aşağı salır. Buna səbəb isə ölkənin borc kağızlarını gec geri ödəyəcəyini açıqlamasıdır.