AUD: CPI sonrası hərəkətlilik

30 Yanvar 2019

Avstarliyada inflyasiya ilə bağlı göstəricilərinin açıqlanmasının ardından AUD/USD məzənnəsində 460 piplik qiymət artımı müşhaidə edildi.

AUD: CPI sonrası hərəkətlilik
Avstarliyada istehlakçı qiymətləri indeksinin (ing.: "CPI") açıqlanmasının ardından AUD/USD məzənnəsində 460 pip qiymət artımı müşhaidə edildi. 


Qeyd edək ki, Avstraliyada "CPI" indeksi son bir ildir hədəflənən səviyyənin altında dərc edilirdi. Sonuncu dərcin proqnozlaşdırılan səviyyənin üzərində açıqlanması,  AUD/USD valyuta cütlüyünə müsbət təsir edib. 


Gözləntilər isə 0.72030 səviyyəsinin keçilməsi ilə AUD/USD valyuta cütlüyündə artımın 0.72340 həddinə doğru davam edəcəyi istiqamətindədir.