AUD: 0.7222$-ı qırarsa, 0.7189$-a kimi ucuzlaşa bilər

04 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında AUD/USD valyuta cütlüyü qiymətinin 0.7189$-a kimi ucuzlaşa biləcəyi proqnozları diqqət mərkəzindədir.

AUD: 0.7222$-ı qırarsa, 0.7189$-a kimi ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında AUD/USD məzənnəsi Asiya sessiyasında 0.7222$-a kimi ucuzlaşdıqdan sonra müqavimətlə rastlaşaraq, 0.7238$-a kimi bahalaşdığının şahidi oluruq. 


Lakin hal-hazırda dünya bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması müşahidə edilməkdədir və bu tendensiya gün ərzində daha da güclənərsə, bu, özünü AUD/USD məzənnəsində də göstərə bilər.


Təhlillərə əsasən, AUD/USD valyuta cütlüyünün qiyməti günün dəstək səviyyəsini - 0.7222$-ı da aşağı istiqamətdə qırarsa, ucuzlaşması 0.7197 və 0.7189$-a kimi də sürətlənə bilər. 


Bununla yanaşı, qiymətlərin ticarət olunduğu səviyyələr, cari bahalaşmasının da qiymət 0.7222$-ın üzərində qaldıqca, 0.7250 və 0.7267$-a kimi də davam edə biləcəyi proqnozları güclü olaraq qalır.