AUD/NZD məzənnəsində ucuzlaşma

15 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dolların Yeni Zelandiya dollarına nisbətən qiymətinin ucuzlaşması, 1.0310NZD-yə kimi davam edə bilər.

AUD/NZD məzənnəsində ucuzlaşma

AUD/NZD valyuta cütlüyünün qiymətləri son gündə 1.0540 səviyyəsindən 1.0367 səviyyələrinə ucuzlaşdıqdan sonra cümə axşamı qiymətlər 1.0390 səviyyəsində bağlandı. Foreks bazarlarında hal-hazırda hələ də eniş meyilləri qorunub saxlanılır. 


Belə ki, qiymətlər 1.0367 hədəfinin altında qala bilsə, eniş 1.0310 səviyyələrinə qədər davam edə bilər.


Lakin diqqət yetirsək, hal-hazırda qiymətlər 2017-ci ilin iyun ayının minimumlarını test edir. Bu səviyyə keçilə bilməsə, yenidən geri dönüş başlaya bilər. Bu baxımından da yuxarı istiqamətin təsdiqi üçün 1.0470 səviyyəsi yuxarıya doğru qırılmalıdır.