AUD: 0.7222$ qırılmaqla eniş dalğası sürətlənib

04 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında AUD/USD məzənnəsinin 0.7189$-a kimi ucuzlaşa biləcəyi proqnozları diqqət mərkəzindədir.

AUD: 0.7222$ qırılmaqla eniş dalğası sürətlənib

Beynəlxalq valyuta birjalarında AUD/USD məzənnəsi gün ərzində bahalaşsa da 0.7238$-da müqavimətlə rastlaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Eniş günün dəstək səviyyəsinin qırılması ilə nəticələnib. Dünya bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması müşahidə edilməkdədir və bu tendensiya özünü AUD/USD məzənnəsində də göstərməkdədir. 


Təhlillərə əsasən, AUD/USD valyuta cütlüyünün qiyməti günün müqavimət səviyyəsi - 0.7238$-ın altında qaldıqca, ucuzlaşma 0.7197 və 0.7189$-a kimi də davam edə bilər. 


Bununla yanaşı, Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq ABŞ-dan önəmli fundamental məlumatlar da ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir. Belə ki, Amerikanın sənaye sektorunda sifarişlərin və daşınmaların həcminə dair statistik məlumatlar investorların diqqət mərkəzindədir.