AUD-un bahalaşma səbəbləri

07 May 2019

Beynəlxalq valyuta bazarlarında Avstraliya dollarının bahalaşması və buna səbəb olan amillər investorların diqqət mərkəzindədir.

AUD-un bahalaşma səbəbləri

Bu gün Avstarliya mərkəzi bankı uçot faizini dəyişməz olaraq saxladı.


Uçot faiz qərarı ilə yanaşı açıqlanan digər iqtisadi göstəricilər isə avstraliya dollarının bahalaşmasına səbəb oldu.


Ticarət balansı +  $4.480 mlr gözlənilməsinə baxmayaraq + 4.949  mlr açıqlanıb. Avtraliya iqtisadiyyatında pərakəndə satışlar isə 0.3% artıb. Pərakəndə satış həcminin 0.2% artacağı proqnozlaşdırılırdı.


Faizin dəyişilməz olaraq saxlanılması və iqtisadi göstəricilərin gözləntinin üzərində açıqlanması AUD/USD cütlüyünün qısa zamanda 0.69943 həddindən 0.70475 qiymətinədək bahalaşmasına səbəb oldu.