AUD/USD: 0.70$-a kimi ucuzlaşma proqnozları güclənib

07 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarının ucuzlaşaraq, fevral ayının minimumunu qırması, satış əməliyyatlarının artmasına səbəb olur.

AUD/USD: 0.70$-a kimi ucuzlaşma proqnozları güclənib

Avstraliya dollarına qarşı fundamental təzyiqlər daha da artdı. Maliyyə bazarlarında AUD/USD məzənnəsinin ucuzlaşaraq 0.7053$-ın aşağı istiqamətdə qırması, ucuzlaşmanın sürətlənə biləcəyi proqnozlarını gücləndirib. Son günlər maliyyə bazarlarında 0.7053$-ın qırılması, "Ayılar" üçün gözlənilməsi önəmli olan siqnal idi. 


Təhlillərə əsasən, AUD/USD məzənnəsində ucuzlaşma 0.7021$-ın qırılması ilə nəticələnərsə, eniş dalğası 0.6956$-a kimi davam edə bilər. 


Qeyd etmək lazımdır ki, son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması və Avstraliya iqtisadiyyatı ilə əlaqədar fundamental göstəricilərin mənfi açıqlanması, Avstraliya dollarına da mənfi təsir göstərməkdədir.