AUD/USD: 0.71$-a kimi 1%-lik bahalaşma

03 Aprel 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarında 0.71$-a kimi müşahidə edilən bahalaşma "Buğaların" diqqət mərkəzində.

AUD/USD: 0.71$-a kimi 1%-lik bahalaşma

AUD/USD məzənnəsində bu gün Avstraliyadan açıqlanan müsbət fundamental göstəricilər fonunda sürətli artım dalğası başlayıb. 


Məzənnədə bahalaşmaya səbəb Avstraliyanın xarici ticarət və pərakəndə satış dövriyyəsi ilə bağlı fundamental göstəricilərin müsbət açıqlanmasıdır. Xarici ticarət balansında müsbət saldo 4.8 milyard Avstraliya dollarına çatıb, pərakəndə satış dövriyyəsi isə proqnozlaşdırılandan (0.3%) daha çox 0.8% artıb.  


Təhlillərə əsasən, Avstraliya dolları 0.7131$-ı yuxarı istiqamətdə qırarsa, 0.7154$-a kimi də bahalaşa bilər.


Məzənnə sonuncu səviyyənin üzərində möhkəmlənərsə, bahalaşma 0.7183 və 0.7206$-a kimi də sürətlənə bilər.