AUD/USD: 1%-lik bahalaşmadan sonra korreksiya

05 Fevral 2019

Avstraliya iqtisadiyyatına dair müsbət fundamental məlumatların açıqlanması, birjalarda Avstraliya dollarının bahalaşmasına təsir edib.

AUD/USD: 1%-lik bahalaşmadan sonra korreksiya

AUD/USD məzənnəsi Asiya sessiyasında Avstraliyadan açıqlanan müsbət fundamental göstəricilər fonunda sürətli artım dalğasına başlayıb. Məzənnə 0.7193$-a kimi ucuzlaşdıqdan sonra bu səviyyədə dəstək alaraq, bahalaşmağa başlayıb. Avropa sessiyasında 0.7264$-da müqavimətlə rastlaşan qiymət, yenidən 0.7237$-a kimi ucuzlaşıb. Lakin buna baxmayaraq, maliyyə bazarlarında artım dalğasına davam edə biləcəyi proqnozları güclü olaraq qalır. 


Təhlillərə əsasən, maliyyə bazarlarında üstünlük təşkil edən proqnozların özünü doğrultması üçün AUD/USD valyuta cütlüyünün qiyməti yenidən 0.7264$-ı qırmalıdır. Bundan sonra məzənnə 0.7294 və 0.7328$-a kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir və məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.