AUD/USD: Eniş dalğası üçün güclü siqnal 0.7053$-dır

01 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Avstraliya dollarının ciddi həcmdə ucuzlaşmasına baxmayaraq, treyderlər daha inamli siqnallar gözləyirlər.

AUD/USD: Eniş dalğası üçün güclü siqnal 0.7053$-dır

Avstraliya dolları ucuzlaşmaqda davam edir. Maliyyə bazarlarında AUD/USD məzənnəsi həftə ərzində 1.6% ucuzlaşsa da cari səviyyələr "Ayıların" satış əməliyyatları açmaları üçün önəmli siqnaller vermir. Daha irəli gedərək isə demek olar ki, məzənnənin yenidən 0.72$-a kimi bahalaşa biləcəyi proqnozları da güclü olaraq qalır. 


Təhlillərə əsasən, AUD/USD məzənnəsində cari eniş dalğası 0.7053$-ın qırılması ilə nəticələnərsə, ucuzlaşma 0.7021 və 0.6956$-a kimi də sürətlənə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın istehsal sektorunda biznes aktivliyinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.