AUD/USD: 0.7053$-ın qırılması satışları artıra bilər

04 Mart 2019

Beynəlxalq valyuta bazarlarında Avstraliya dollarının ciddi həcmdə ucuzlaşmasına baxmayaraq, treyderlər daha inamli siqnallar gözləyirlər.

AUD/USD: 0.7053$-ın qırılması satışları artıra bilər

Avstraliya dolları ucuzlaşmaqda davam edir. Maliyyə bazarlarında AUD/USD məzənnəsi keçən həftə ərzində 1% ucuzlaşsa da cari səviyyələr "Ayıların" satış əməliyyatları açmaları üçün önəmli siqnallar vermir. Daha irəli gedərək isə demek olar ki, məzənnənin yenidən 0.72$-a kimi bahalaşa biləcəyi proqnozları da güclü olaraq qalır. 


Təhlillərə əsasən, AUD/USD məzənnəsində sonuncu eniş tendensiyası 0.7053$-ın qırılması ilə nəticələnərsə, ucuzlaşma 0.7021 və 0.6956$-a kimi də sürətlənə bilər. 


Bununla yanaşı, sabah Bakı vaxtı ilə saat 07:30-da yayımlanacaq Avstraliya Mərkəzi Bankının faiz qərarı və monetar siyasət ilə bağlı açıqlamalar da investorların diqqət mərkəzindədir.