AUD/USD: 0.7053$-ın qırılması siqnalı

06 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarının ucuzlaşaraq, fevral ayının minimumunu qırması, satış əməliyyatlarının artmasına səbəb olub.

AUD/USD: 0.7053$-ın qırılması siqnalı

Avstraliya dollarına qarşı fundamental təzyiqlər daha da artdı. Maliyyə bazarlarında AUD/USD məzənnəsinin ucuzlaşaraq 0.7053$-ın aşağı istiqamətdə qırması, ucuzlaşmanın sürətlənə biləcəyi proqnozlarını gücləndirib. Son günlər maliyyə bazarlarında 0.7053$-ın qırılması, "Ayılar" üçün gözlənilməsi önəmli olan siqnal idi. 


Təhlillərə əsasən, AUD/USD məzənnəsində ucuzlaşma 0.7021$-ın qırılması ilə nəticələnərsə, eniş dalğası 0.6956$-a kimi davam edə bilər. 


Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 04:30-da açıqlanacaq Avstraliyanın iqtisadi inkişafı ilə bağlı açıqlamalar da investorların diqqət mərkəzindədir.