AUD/USD: Korreksiya 0.7220$-a kimi dərinləşə bilər

05 Fevral 2019

Avstraliyada müsbət fundamental məlumatların açıqlanması, Avstraliya dollarının 1% bahalaşmasına təsir etdikdən sonra korreksiyaya başlayıb.

AUD/USD: Korreksiya 0.7220$-a kimi dərinləşə bilər

AUD/USD məzənnəsi Asiya sessiyasında Avstraliyadan açıqlanan müsbət fundamental göstəricilər fonunda sürətli artım dalğasına başlayıb. Məzənnə 0.7193$-a kimi ucuzlaşdıqdan sonra bu səviyyədə dəstək alaraq, bahalaşmağa başlayıb. Avropa sessiyasında 0.7264$-da müqavimətlə rastlaşan qiymət, yenidən 0.7237$-a kimi ucuzlaşıb. Maliyyə bazarlarında artım dalğasının davam edə biləcəyi proqnozları güclü olaraq qalsa da bundan öncə cari ucuzlaşma daha da dərinləşə bilər. 


Təhlillərə əsasən, maliyyə bazarlarında üstünlük təşkil edən proqnozların özünü doğrultması üçün AUD/USD valyuta cütlüyünün qiyməti yenidən 0.7264$-ı qırmalıdır. Bundan sonra məzənnə 0.7294 və 0.7328$-a kimi də bahalaşa bilər. 


Lakin bu baş vermədiyi təqdirdə, hal-hazırda 0.7239$ ətrafında ticarət edilən AUD/USD məzənnəsi, 0.7234$-ı da aşağı istiqamətdə qırarsa, sonuncu ucuzlaşma 0.7220$-a kimi dərinləşə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir və məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.