AUD/USD korreksiya ehtimalı

07 Fevral 2019

Beynəlxalq valyuta birjalarında AUD/USD məzənnəsində korreksiya ehtimalları treyderlərin diqqət mərkəzində.

AUD/USD korreksiya ehtimalı

AUD/USD cütlüyündə baş vermiş kəskin enişin ardından ucuzlaşmanın sürətində zəifləmə müşahidə edilir. Günün minimum səviyyəsini keçə bilməyən AUD/USD məzənnəsi 0.7090 həddindən dəstək alarsa, 0.7122 və 0.7141 qiymətlərinədək bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, dalğalanmanın ümumi istiqamətinin enişə doğru olduğu üçün qiymətlərdə yarana biləcək artım dalğası korrektiv xarakter daşıyacaq. 


Image title


Enişin hədəf səviyyəsi olaraq 0.7075 həddi aktuallığını qoruyur.