AUD/USD məzənnəsi 0.70$-a kimi 2% ucuzlaşa bilər

21 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarında ucuzlaşma dinamikası getdikcə artmaqdadır və 0.70$-a kimi ucuzlaşa bilər.

AUD/USD məzənnəsi 0.70$-a kimi 2% ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında NZD/USD məzənnəsində Asiya sessiyasında başlayan ucuzlaşma, 0.71$-a kimi daha da sürətlənib. 


Qiymətin uzun müddətli perspektivdə təhlillərinə əsasən, yanvar ayında Avstraliya dollarının bahalaşmasına baxmayaraq, güclü müqavimət sayəsində keçən ilin dördüncü rübünün maksimumunun (0.74$) qırılmaması və ucuzlaşmağa başlaması, satış əməliyyatlarının həcmini artımışdır. 


Daha qısa müddətli perspektivdə isə qiymətin fevral ayında 0.71$-ı (önəmli dəstək səviyyəsi idi) aşağı istiqamətdə qırması satış həcmlərini daha da artırmışdır. 


Təhlillərə əsasən, qiymət 0.73$ səviyyəsi altında qaldıqca, 0.7057$-a kimi ucuzlaşa bilər. Qiymətin bu səviyyənin altında qalması isə eniş dalğasının 0.7021 və 0.6956$-a kimi sürətlənməsinə səbəb ola bilər.