AUD/USD məzənnəsi 0.71$-ın üzərində

18 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarının 0.71$-ın üzərində ticarət olunması, 0.72$-a kimi bahalaşa biləcəyi proqnozlarını gücləndirir.

AUD/USD məzənnəsi 0.71$-ın üzərində

Keçən həftənin cümə günü günün birinci yarısı AUD/USD  təzyiq altına düşdü. Avstraliya mərkəzi bankının (ing.: "RBA") rəhbəri Kentin optimist şərhlərinə baxmayaraq, məzənnə 0.71 səviyyəsinin altında qaldı. Lakin axşam saatlarından etibarən toparlanan Avstraliyya dolları, ABŞ dolları qarşısında həftəni 0.71 səviyyəsinin üzərində bağlamağı bacardı. 


Dünya valyuta birjalarında hal-hazırda 0.71 hədinin üzərində ticarət olunan AUD/USD maliyyə aləti üçün 0.7165 və 0.7210 səviyyələri lokal müqavimət hədləri hesab olunur ki, qiymətin bu səviyyələrin üzərində ticarət olunması, alış ehtimallarını artıra bilər.