AUD/USD məzənnəsi 0.7198$-a kimi bahalaşdı

30 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında inflyasiya ilə bağlı önəmli fundamental məlumatların müsbət açıqlanmasından sonra Avstraliya dolları 0.8% bahalaşıb.

AUD/USD məzənnəsi 0.7198$-a kimi bahalaşdı

Avstraliya dollarının qiymətlərində güclü artım dalğasının başladığının şahidi oluruq. Asiya sessiyasında Avstraliyinın rüblük inflyasiyası ilə bağlı göstəricilərin müsbət açıqlanmasından sonra AUD/USD məzənnəsi 0.7198$-a kimi 0.8% bahalaşıb. 


Təhlillərə əsasən, Avstraliya dollarının Amerika dollarına nisbətən valyuta cütlüyünün qiyməti 0.7203$-ı da yuxarı istiqamətdə qırarsa, 0.7221 və 0.7234$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.