AUD/USD məzənnəsi müqavimətlə rastlaşıb

31 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında dolların dəyər itirməsi, Avstraliya dollarının 0.7275$-a kimi bahalaşmasından sonra müqavimətlə rastlaşıb.

AUD/USD məzənnəsi müqavimətlə rastlaşıb

AUD/USD məzənnəsi çərşənbə günü dünya birjalarında dolların dəyər itirməsi fonunda 0.7272$-a kimi bahalaşıb. Sözügedən səviyyənin isə gün ərzində məzənnə üçün önəmli müqavimət səviyyəsi rolunu oynaya biləcəyi proqnozlaşdırılırdı ki, hal-hazırda bunun şahidi oluruq. 


Avstraliya dollarının bahalaşmasına təsir edən amil dolların ucuzlaşması ilə yanaşı, son günlər fundamental göstəricilərin də müsbət açıqlanmasıdır. Sonuncu dəfə Avstraliyada istehlak qiymətləri indeksi rüblük müqayisədə 0.5% artmışdır. Bu göstərici sonuncu dəfə 0.4% olmuşdu. 


Təhlillərə əsasən, AUD/USD qiyməti 0.7241$-ın üzərində qaldıqca, 0.7300$-a kimi də bahalaşa bilər. Bundan sonraki artım istiqamətli növbəti hədəflər 0.7355 və 0.7393$-dır.