AUD/USD məzənnəsində 0.72$-a kimi korreksiya

01 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma, özünün AUD/USD məzənnəsində də göstərib.

AUD/USD məzənnəsində 0.72$-a kimi korreksiya

AUD/USD məzənnəsi beynəlxalq valyuta birjalarında 0.73$-a kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Hal-hazırda 0.7241$-a ticarət edilən məzənnənin yenidən bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.


Cümə axşamı Amerikanın ilkin mənzil bazarında satış dövriyyəsinin gözləniləndən çox artması ilə bağlı fundamental məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.5%-lik bahalaşma müşahidə edildi. Bununla yanaşı, ABŞ ilə Çin arasında baş tutan görüş fonunda müsbət xəbərlərin yayııması da dolların qiymətlərində impulsiv hərəkətliliyə səbəb olub. 


Təhlillərə əsasən, AUD/USD valyuta cütlüyünün qiymətində müşahidə edilən cari ucuzlaşma, qiymət 0.7137$-ın üzərində qaldıqca, korrektiv qiymətləndirilir və artım dalğasının davam edə biləcəyi proqnozlaşdırılır. Lakin bu istiqamətdə 0.7272$-ın yenidən yuxarı istiqamətdə qırılmasını gözləmək lazımdır. 


Bu baş vermədiyi təqdirdə, qiymət 0.7235$-ı da aşağı istiqamətdə qırmaqla, altında qalarsa, 0.7198$-a kimi ucuzlaşa bilər.


Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir.