AUD/USD məzənnəsində 1.3%-lik ucuzlaşma

06 Fevral 2019

Avstraliya Mərkəzi Bank sədrinin yeni ildə ilk çıxışı, dünya valyuta birjalarında Avstraliya dollarında güclü dalğalanmaya səbəb olub.

AUD/USD məzənnəsində 1.3%-lik ucuzlaşma

Beynəlxalq valyuta birjalarında Asiya sessiyası AUD/USD məzənnəsinin sürətli eniş dalğası ilə yadda qalıb. Çərşənbə axşamı Asiya sessiyasında Avstraliyadan açıqlanan müsbət fundamental göstəricilərdən sonra 0.7264$-a kimi 1% bahalaşan Avstraliya dolları sonra Avropa sessiyasında sözügedən səviyyədə müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlamışdı. Lakin qiymətin ucuzlaşmasına baxmayaraq, çərşənbə gününün dəstək səviyyəsi üzərində qalması, yenidən bahalaşa biləcəyi ehtimalları qoruyurdu.


Bu gün Asiya sessiyasında isə AUD/USD məzənnəsi Avstraliya Mərkəzi Bankının sədri Filip Lovenin çıxışından sonra 0.7150$-a kimi 1.3% ucuzlaşıb. Sədr mərkəzi bankın faiz dərəcələrini yenidən azalda və əmlak bazarlarında gələcək iki il yarım ərzində investisiyaların 10% azala biləcəyini demesi, məzənnədə ucuzlaşmaya təsir edib.


Təhlillərə əsasən, AUD/USD valyuta cütlüyünün qiyməti 0.7159$-ın altında qalarsa, 0.7137 və 0.7075$-a kimi də ucuzlaşa bilər. Bununla yanaşı, bu gün dolların dünya bazarlarındaki tendensiyası da diqqət mərkəzində saxlanılmalıdır.


Bu baxımından bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq, Amerikanın xarici ticarət dövriyyəsi və neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.