AUD/USD məzənnəsində güclü bahalaşma

31 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında dolların dəyər itirməsi, Avstraliya dollarının da bahalaşmasına səbəb olub və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

AUD/USD məzənnəsində güclü bahalaşma

AUD/USD məzənnəsi çərşənbə günü dünya birjalarında dolların dəyər itirməsi fonunda 0.7272$-a kimi bahalaşıb. Sözügedən səviyyə isə gün ərzində məzənnə üçün önəmli müqavimət səviyyəsi rolunu oynaya bilər. 


Avstraliya dollarının bahalaşmasına təsir edən amil dolların ucuzlaşması ilə yanaşı, son günlər fundamental göstəricilərin də müsbət açıqlanmasıdır. Sonuncu dəfə Avstraliyada istehlak qiymətləri indeksi rüblük müqayisədə 0.5% artmışdır. Bu göstərici sonuncu dəfə 0.4% olmuşdu. 


Təhlillərə əsasən, AUD/USD qiyməti 0.7272$-ın üzərində möhkəmlənərsə, 0.7300$-a kimi də bahalaşa bilər. Bundan sonraki artım istiqamətli növbəti hədəflər 0.7355 və 0.7393$-dır.