AUD/USD məzənnəsində korreksiya

06 Fevral 2019

Avstraliya Mərkəzi Bank sədrinin yeni ildə ilk çıxışı, dünya valyuta birjalarında AUD/USD məzənnəsində güclü dalğalanmaya səbəb olub.

AUD/USD məzənnəsində korreksiya

Beynəlxalq valyuta birjalarında Asiya sessiyası AUD/USD məzənnəsinin sürətli eniş dalğası ilə yadda qalıb. Bu gün Asiya sessiyasında Avstraliya dolları Avstraliya Mərkəzi Bankının sədri Filip Lovenin çıxışından sonra 0.7150$-a kimi 1.3% ucuzlaşıb. Sədr mərkəzi bankın faiz dərəcələrini yenidən azalda və əmlak bazarlarında gələcək iki il yarım ərzində investisiyaların 10% azala biləcəyini demesi, məzənnədə ucuzlaşmaya təsir edib.


Avropa sessiyasında əlavə olaraq 0.7122$-a kimi 0.4% ucuzlaşan AUD/USD valyuta cütlüyünün qiyməti, Amerikadan açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi korreksiyaya başlayıb. 


Təhlillərə əsasən, AUD/USD məzənnəsi 0.7121$-ı qıraraq, altında qalarsa, 0.7099 və 0.7075$-a kimi də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq, Amerikanın xarici ticarət dövriyyəsi və neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar treyderlərin diqqət mərkəzindədir.