AUD/USD məzənnəsində növbəti hədəf: 0.7234$

28 Yanvar 2019

AUD/USD valyuta cütlüyünün qiymətində bahalaşma yeni həftənin başlması ilə də davam etməkdədir və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

AUD/USD məzənnəsində növbəti hədəf: 0.7234$

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma fonunda AU/USD məzənnəsi də sürətli artım dalğasına qədəm qoyub. Avstraliya dollarınının ABŞ dollarına nisbətən valyuta cütlüyünün qiymətinin 0.7166 və 0.7174$ səviyyələrini yuxarı istiqamətdə qırmaqla, məzənnənin daha da bahalaşa biləcəyi proqnozlarının gücləndirib. 


Təhlillərə əsasən, AUD/USD məzənnəsi 0.7200$-ı da yuxarı istiqamətdə qırarsa, 0.7234$-a kimi bahalaşa bilər.