AUD/USD məzənnəsində satış imkanları

24 Yanvar 2019

Avstraliya dollarının dünya birjalarında qiymətində son bir həftədən çox müşahidə edilən ucuzlaşma dalğası 0.7075$-a kimi də davam edə bilər.

AUD/USD məzənnəsində satış imkanları

AUD/USD məzənnəsi keçən həftənin əvvəlindən etibarən başlatdığı eniş dalğası, 0.7119$-a kimi davam etdikdən sonra çərşənbə günü müqavimətlə rastlaşmışdı. Bundan sonra 0.7166$-a kimi bahalaşan qiymət, yenidən ucuzlaşmağa başlamış və 0.7119$-ın aşağı istiqamətdə qırmaqla bu tendensiyanı daha da gücləndirmişdir. 


Təhlillərə əsasən, AUD/USD məzənnəsi sonuncu qırılan səviyyənin altında qaldıqca, eniş dalğası 0.7075$-a kimi də davam edə bilər.