AUD/USD məzənnəsi üzrə növbəti senari

25 Yanvar 2019

Avstraliya dollarının ucuzlaşması davam edərkən, 0.7075$ səviyyəsində müqavimətlə rastlaşması, investorların diqqət mərkəzindədir.

AUD/USD məzənnəsi üzrə növbəti senari

AUD/USD valyuta cütlüyünün cümə axşamı 0.7115$-ı aşağı istiqamətdə qırması, satış mövqeyində gözləyən treyderləri aktivləşməyə "səsləyib". Bundan sonra sürətlənən eniş dalğası, 0.7075$-a kimi davam etdikdən sonra bu gün Asiya sessiyasında bura kimi mövqe seçən bazar iştirakçılarının əməliyyatlarını reallaşdırmaları, 0.7113$-a kimi korreksiya ilə nəticələnib. Lakin qiymətin 0.7847$-a kimi davam edə biləcək proqnozlarını dəstəkləyən treyderlər də az deyil və bu tendensiya 0.7075$-ın aşağı istiqamətdə qırılması ilə daha da güclənə bilər.


Təhlillərə əsasən, Avstraliya dollarının ABŞ dollarına nisbətən valyuta cütlüyünün qiyməti, 0.7075$-ı da aşağı istiqamətdə qırarsa, 0.7047$-a kimi də ucuzlaşa bilər.