AUD/USD: Təzyiqlər yenidən artır

26 Fevral 2019

Avstraliya dollarının önəmli müqavimət səviyyələrinin üzərində ticarət olunmasına baxmayaraq, ona qarşı təzyiq də kifayət qədər güclü qiymətləndirilir.

AUD/USD: Təzyiqlər yenidən artır

Beynəlxalq valyuta birjalarında AUD/USD məzənnəsinin bazar ertəsi bahalaşmasına baxmayaraq, keçən həftənin maksimum səviyyəsini qıra bilməməsi və bu gün Avropa sessiyasında ucuzlaşması, ticarət aktivliyinin azalmasına səbəb olub.


Təhlillərə əsasən, "Buğalar" üçün keçən həftənin müqavimət səviyyəsinin (0.7206$) yuxarı istiqamətdə qırılmasını gözləmək önəmlidir. Bu istiqamətdə isə cari həftə ərzində yaranmış yeni müqavimət səviyyəsinin (0.7183$) qırılması da önəmlidir. 


Bu baş vermədiyi təqdirdə, Avstraliya dollarının cari ucuzlaşma tendensiyasının 0.7100$-a kimi ucuzlaşması proqnozları da kifayət qədər güclüdür. 


Qeyd etmək lazımdır ki, sonuncu dəfə Avstraliya ilə Çin arasında ticarət münasibətlərinin pozulmasına dair xəbərlər yayılmışdı. Bu, Avstraliya dollarının ucuzlaşmasına təsir etsə də Çin xarici işlər nazirinin xəbəri təkzib etməsi, sözügedən valyutanın bahalaşmasına səbəb olmuşdu.