AUD/USD: Uçot faiz qərarından sonra eniş ehtimalları

01 İyul 2019

Avstraliya mərkəzi bankının uçot faiz dərəcəsi qərarı açıqlanacaq və uçot faiz dərəcəsinin 1.25%-dan 1.00%-a azalması gözlənilir.

AUD/USD: Uçot faiz qərarından sonra eniş ehtimalları

Sabah Bakı vaxtı ilə saat 08:30-da Avstraliya mərkəzi bankının uçot faiz dərəcəsi qərarı açıqlanacaq və uçot faiz dərəcəsinin 1.25%-dan 1.00%-a azalması gözlənilir. Ötən aydan etibarən Avstraliya mərkəzi bankı dünyada yaranmış qeyri-müəyyənliklər fonunda yumşaq monetar siyasətə keçid etdi və uçot faizini iyun ayında 1.50%-dan 1.25%-dək azaltdı və uçot faizi azalandan sonra AUD/USD məzənnəsində uzun müddətli eniş trendi müşahidə olundu. Avstraliya mərkəzi bankı gözlənilən kimi sabah da uçot faizini azaldarsa, bu qərar yenidən AUD/USD-də eniş ehtimallarını artıra bilər və qiymətin 0.6900$ səviyyəsinədək ucuzlaşması proqnozlaşdırılır.