AUDUSD cütlüyündə eniş meylləri qorunur

15 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarında müşahidə edilən ucuzlaşma "Ayıların" diqqət mərkəzindədir və 0.67$-a kimi ucuzlaşa bilər.

AUDUSD cütlüyündə eniş meylləri qorunur

Hazırda dünya maliyyə bazaralarında 0.70830 hədlərində ticarət edilən AUDUSD cütlüyündə eniş meylləri davam edə bilər. Əgər qiymətlər 0.70726 hədlərini qırarsa, 0.70516 və 0.70026 qiymətlərinə qədər enişlər davam edə bilər. Sözügedən valyuta cütlüyündə 0.70026 həddi də qırılacağı təqdirdə 2019-cu ilin minimum həddi olan 0.67446 həddi test edilə bilər.


AUDUSD cütlüyündə qiymət 0.70970 həddinin üzərində möhkəmlənməyi bacaracağı təqdirdə isə növbəti müqavimət həddi kimi 0.71208 həddi çıxış edir.