Avro 1.11$-da dəstək görür, qızıl 1551$-a doğru

15 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında cari həftə ərzində Amerika ilə Çin arasında yaxınlaşmanın ola biləcəyi ümidləri yenidən azalıb.

Avro 1.11$-da dəstək görür, qızıl 1551$-a doğru

EUR/USD məzənnəsində bahalaşma. 

Beynəlxalq maliyyə bazarlarında Amerika hökümət nümayəndələrinin Çin ilə sonuncu münasibətlərini şərh etmələrindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən ucuzlaşıb, qızılın qiyməti bahalaşıb. 

EUR/USD məzənnəsi 1.11$-da dəstək görərək, 1.12$-a doğru bahalaşmaqdadır. 


Qızıl yeni maksimumlara doğru. 

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1524$-a kimi dəyər qazanıb və 1551$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. 


ABŞ-dan pərakəndə və istehsala dair göstəricilər açıqlanacaqdır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan yayımlanacaq pərakəndə satış dövriyyəsi və sənaye istehsalı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

Qeyd etmək lazımdır ki, Amerikada pərəkandə satış dövriyyəsində artım dinamikası mart ayında 1.7% ilə son bir ilin maksimum səviyyəsinə kimi yüksəldikdən sonra 0.3-0.4% səviyyələrinə kimi azalıb. Bu gün də aylıq dinamikanın 0.3% açıqlanması proqnozlaşdırılır. 

Filadelfiya mərkəzi bankının regionun istehsal sektorunda aktivliyi ölçən indeksinin isə 21.8 punktdan 10.0 punkta kimi azalması ehtimal edilir. Sonuncu göstərici 2018-ci ilin noyabr ayından etibarən ən yüksək göstərici olub.