Avro 1.11$-ı aşağı qırdı

16 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın pərakəndə satış və tikinti sektoruna dair müsbət göstəricilər diqqət mərkəzindədir.

Avro 1.11$-ı aşağı qırdı

AMB-nin siyasətini yumşaldacağı ehtimalları avronu ucuzlaşdırır. 

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının şərtlərini daha çox azaldacağı ehtimallarının gündəmə gəlməsi, EUR/USD məzənnəsinin yenidən 1.11$-a kimi ucuzlaşmasına səbəb olub. 

Təhlillərə əsasən, avro 1.11$-ın altında qaldıqca, 1.10$-a kimi də ucuzlaşa bilər. 


Neft qiymətləri 58$-da dəstək görür. 

Beynəlxalq enerji birjalarında isə Avropanın Brent neftinin bir barel qiyməti 58$-da dəstək görməkdədir və 64$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


ABŞ-ın tikinti sektoruna dair göstəricilər açıqlanacaqdır. 

Bununla yanaşı, bu gün Amerikanın tikinti sektoruna dair Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 

Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin müsbət açıqlanması, həm dolların, həm də neft qiymətlərinin bahalaşmasına müsbət təsir. Cümə axşamı Amerikanın pərakəndə satış dövriyyəsi ilə bağlı dərc edilən statistik məlumatlarda, aylıq artım dinamikasının 0.7% ilə həm keçən ayın göstəricisini, həm də proqnozları üstələdiyi müşahidə edilib.