Avro 1.14$-ı yuxarı istiqamətdə qırmaqda çətinlik çəkir

24 Yanvar 2019

EUR/USD məzənnəsində son iki gündür müşahidə edilən bahalaşma, müqavimətlə rastlaşıb. Cari korreksiya 1.1358$-a kimi də davam edə bilər.

Avro 1.14$-ı yuxarı istiqamətdə qırmaqda çətinlik çəkir

EUR/USD valyuta cütlüyünün qiyməti ayın 22-si başlatdığı bahalaşma dalğasını çərşənbə günü Amerika sessiyasında 1.1394$-a kimi davam etdirdikdən sonra korreksiyaya başladı. Bu gün Asiya sessiyasında önəmli müqavimət səviyyəsi hesab edilən 1.1390$-ın yuxarı istiqamətdə qırılması cəhdləri uğursuz olub. "Buğa mövqeli" treyderlərin mövqeyi ilə rastlaşan məzənnə, beləliklə, korreksiyasını 1.1377$-a kimi dərinləşdirib. 


Təhlillərə əsasən, Avro/Dollar qiyməti 1.1380$-ın altında qalaraq, 1.1371$-ı da aşağı istiqamətdə qırarsa, korreksiya 1.1358$-a kimi də davam edə bilər.