Avro 1.23$-dan çox bahalaşdı

24 Yanvar 2018

Avropa Mərkəzi Bankının sədri Mario Draqinin çıxışı öncəsi avronun qiymətində bahalaşma.

Avro 1.23$-dan çox bahalaşdı

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq mətbuat konfransı öncəsi avronun qiyməti 1.2335$-a kimi bahalaşıb və 1.2300$-ın üzərində qaldıqca, 1.2463$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bankın yumşaq monetar siyasətinin sonu ilə bağlı siqnal verib verməyəcəyi investorların diqqət mərkəzindədir.

Lirə bahalaşmaqda davam edir. 

Türkiyə maliyyə bazarlarında da lirənin qiyməti 1% bahalaşıb və 3.73TL-ə kimi də bahalaşa bilər. Dünya birjalarında dolların ucuzlaşması, USD/TRY məzənnəsinin də ucuzlaşmasına səbəb olur. 

Brent neftində növbəti artım. 

Enerji bazarlarında neft qiymətləri 2$-lıq korreksiyadan sonra artım dalğasını yenidən bərpa edib. Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti 70.06$-ı qırarsa, 73.00 və 75.51$-a kimi də bahalaşa bilər.