Avro: Almaniyada siyasi risklər artmağa başlayıb

20 Noyabr 2017

Almaniyada parlament seçkilərindən sonra yeni hökümətin qurulması prosesində danışıqların dayandırılması ilə bağlı xəbərlər yayılmağa başlayıb.

Avro: Almaniyada siyasi risklər artmağa başlayıb

Almaniyada yeni hökümətin qurulmasında "Jamaika" danışıqlarının dayandırılması maliyyə bazarlarında da avro və səhm bazarlarına mənfi təsir edib. Belə ki, EUR/USD məzənnəsi keçən həftə Avrozonada inflyasiyanın azalması xəbəri ilə qismən ucuzlaşsa da, "FDP" (alm.: "Freie Demokratische Partei" - liberallar) partiyasının danışıqlarının dayandırılması xəbərindən sonra eniş dalğası 1.1722$-a kimi daha da sürətlənib. Avropa Mərkəzi Bankı da (AMB) cümə günü kursunu da 1.1795$-a azaldıb. 

Qeyd etmək lazımdır ki, bazar günü axşam saatlarında "FDP" partiyası "Union" ("CDU" - xalq partiyası və "CSU" partiyaları ittifaqı) və "Yaşıllar" partiyası ilə mümkün koalisiya danışıqlarının dayandırıldığını elan edib. Mühafizəkar-Sol liberal Koalisiyası fonunda həftələrdir davam edən danışıqlar bununla da uğursuzluğa düçar olub. Beləliklə, Avrozonanın önəmli iqtisadiyyatına malik Almaniyanın siyasi münasibətlərində qeyri-müəyyənlik daha da artıb.