Avro bahalaşa bilər, funt ucuzlaşır

19 İyun 2020

Avrozona iqtisadiyyatı fonunda nikbinliyin artması ilə avroda bahalaşma ehtimalları da artıb. Funt daha da ucuzlaşa bilər.

Avro bahalaşa bilər, funt ucuzlaşır

Beynəlxalq valyuta birjalarında Avrozona iqtisadiyyatı fonunda gözləntilərin daha da yaxşılaşması, avronun ucuzlaşması dinamikasının zəifləməsinə və bahalaşması ehtimallarının artmasına səbəb olub. 


Funt qeyri-müəyyənliklər fonunda təzyiq altındadır. 

GBP/USD məzənnəsi isə ucuzlaşmaqda davam edir, çünki İngiltərə iqtisadiyyatında risklər mövcudluğunu qorumaqdadır. Bu isə Avropa Birliyi ilə ticarət sazişi danışıqlarının qeyri-müəyyən gözləntilər fonunda davam etməsidir. Bu məqsədlə də İngiltərə Mərkəzi Bankı istiqraz alışı proqramına davam etmək üçün ilin sonuna kimi həcmini 100 milyard funt artrıb.