Avro bahalaşa, Funt və Lirə ucuzlaşa bilər

05 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun dəstək görə biləcəyi proqnozları güclü olaraq qalmaqdadır. Funt və Lirə təzyiq altında.

Avro bahalaşa, Funt və Lirə ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi bazar ertəsi 1.13$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb.


GBP/USD məzənnəsi isə ucuzlaşmaqda davam edir və 1.32$-ın altında ticarət edilməkdədir.  


Türkiyə birjalarında USD/TRY məzənnəsi 5.38TL-nin üzərindət əklif edilir.


Təhlillərə əsasən, avro yenidən 1.14$-a kimi bahalaşa, funtun qiymətində isə ucuzlaşma 1.31$-a kimi davam edə bilər. Lirə də təzyiq altında qalmaqdadır və 5.45TL-yə kimi ucuzlaşması proqnozları artıb.


Bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.